Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 451578

TƏSVİR

Ünvan: Süleyman Sani Axundov küçəsi 249E

Mobil: (+994 50) 612 61 66

E-mail: office@taksimkebap.az

Web: http://taksimkebap.az/

Taksim Kebap öz adını İstanbul şəhərindəki məşhur meydan və bu meydandakı nostaljik travmvaydan götürür. Qırmızı rəngli Taksim tramvayı “Taksim Kebap” restoranlar şəbəkəsinin rəsmi simvoludur və hər filialda tramvay simvolundan mütləq istifadə edilir.

Bunun əsas səbəbi İstanbul, Taksim meydanı və Türk abu havasını olduğumuz hər yerdə hiss etdirməkdir. Restoranımızın əsas konsepti isə geniş çeşidli və ləzzətli Türk mətbəxidir. Aşpazımız 34 illik böyük təcrübə ilə peşəkar Türk aşpazı Ali Akber Kepenekdir. Ali Akber usta, restoranımızda təqdim edilən bütün ət yeməklərinin hazırlanmasına xüsusi diqqətlə yanaşır.

Belə ki, quzu, dana və toyuq ətlərinin seçilməsi, kəsimi, hazırlanması və ləzzətlə bişirilməsinə şəxsən nəzarət edərək, mətbəxdəki hər yeməyi öz əlləri ilə hazırlayır. Bununla da əmin ola bilərsiniz, Ali Akber usta ilə Türk mətbəxinin sükanı etibarlı əllərdədir.

Türk mətbəxinin ən vacib hissəsini məhz ət və kabab çeşidləri təşkil edir. Bu səbəbdən, restoranımızda təqdim edilən ət məhsulları gigiyenik təmiz olmaqla bərabər, şəriət qaydalarına uyğun kəsilərək, halal şəkildə müştərilərə təqdim edilir. Hazırladığımız ət yeməklərinə ləzzət qatan əsas səbəb isə əti bişirməzdən qabaq etdiyimiz xüsusi marinasiya prosesidir ki, bu prosesi necə etdiyimizi mətbəximizin sirri olaraq qoruyub saxlayırıq.




VİRTUAL TUR