2014-cü ildən fəaliyyətə başlayan "Azerbaijan360” Virtual Tour Company hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdəndir. Qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atan şirkətimiz ölkəmizdə 360 dərəcəlik virtual tur, Dron çəkilişləri və 3D panoramlar həyata keçirən ilk şirkətdir.

Biz 360 dərəcəlik virtual tur və dron çəkilişləri ilə yanaşı eyni zamanda yüksək keyfiyyətli foto və video çəkilişləri, video roliklər, kliplər, tədbirlər, ad günləri və toy şənliklərinin də professional şəkildə çəkilişlərini həyata keçiririk.

www.azerbaijan360.az saytı "Azerbaijan360” Virtual Tour Company məhsuludur. Sayt öz izləyicilərinə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələri, muzeylər, tarix və memarlıq abidələri, restoranlar, klublar, kafelər, butiklər, Fitness və SPA Mərkəzləri, otellər, müalicə-bərpa mərkəzləri, avtomobil salonları, əyləncə və alış-veriş mərkəzləri və digər tipli obyektlərlə addım-addım tanış olmaq üçün yüksək keyfiyyətli 360 dərəcəlik virtual turlar, Dron çəkilişləri və 3D panoramalar təqdim edir.

www.azerbaijan360.az-ın imkanlarından istifadə etməklə izləyicilər dünyanın istənilən yerindən bir toxunuşla paytaxt Bakının müxtəlif istiqamətlərdən olan mənzərələrini və şəhərdə yerləşən obyektləri müşahidə etməklə yanaşı, respublikanın bir sıra şəhər və regionlarını da virtual gəzmək fürsəti əldə edə bilərlər. Biz bu çətin missiyanın bütün məsuliyyətini dərk edərək, virtual tur və Dron çəkilişlərini komandamızın professionalları ilə hazırlayaraq izləyicilərimizin ixtiyarına veririk.

İnşallah Qarabağımızın da 360 dərəcəlik möhtəşəm görüntülərini ən qısa zamanda portalımızda görmək arzusu ilə ...

"Azerbaijan360" MMC.